Azərbaycanın basketbol millisinin ispaniyalı baş məşqçisi: Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm
Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm.
Bunu "Report"a açıqlamasında Azərbaycanın basketbol üzrə U-20 millisinin baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis yığmanın B Divizionundakı çıxışı barədə danışıb:
"Əvvəla onu demək istəyirəm ki, B divizionunda çox səviyyəli komandalar mübarizə aparırdı. Onların arasında ən zəif kollektivlərdən biri biz idik. Bununla belə, əlimizdə olan imkanlar çərçivəsində yaxşı mübarizə apardıq. Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm. Sadəcə, turnirdə səviyyə fərqi sözünü dedi. Nəzərə alaq ki, yığmanın əsas heyət üzvlərindən 6 nəfəri yox idi. Yerli oyunçularla mübarizə aparırıqsa, nəticələr bir o qədər ürəkaçan olmaya bilər".
A.Blanko heyətdə əsasən yerli oyunçulara üstünlük verdiklərini deyib:
"İstəmirik ki, yığmanın əsas heyətində ABŞ-dən olan əcnəbi oyunçular çıxış etsin. Əsasən yerli basketbolçuların oynamasını və inkişaf etmələrini istəyirik. İstəyimiz odur ku, yerli oyunçular daha çox məşq etsinlər və güclərini bir qədər də artırsınlar. Ümid edirəm ki, bu, gələcəkdə müsbət təsirini göstərəcək".
Qeyd edək ki, Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının B Divizionunda keçirdiyi bütün görüşlərdə məğlub olub.
Oxşar xəbərlər
Azərbaycan amputant millisinin rəhbəri Avropa çempionatında arzuolunan rəqibləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin baş məşqçisi: "Bu mövsüm çempion olacağımıza ümid edirəm" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiya millisinin baş məşqçisi: Hissənin sonlarında buraxılan qol bizi sındırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveçrə millisinin baş məşqçisi: Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












