"Zirə"nin baş məşqçisi: "Bu mövsüm çempion olacağımıza ümid edirəm"
sizinxeber.az xəbər saytı

"Zirə"nin baş məşqçisi: "Bu mövsüm çempion olacağımıza ümid edirəm"


"Nə qədər çətin görünsə də, nəhayət, bu mövsüm çempion olacağımıza ümid edirəm".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə "Zirə"nin baş məşqçisi Sərxan Məstiyev deyib.

Mütəxəssis komandasının bundan əvvəlki çempionatlarda da hər zaman favorit olduğunu vurğulayıb: "Yığmanın əsasını təşkil edən kollektivin lider olması təbiidir. Bundan başqa, bizə yaradılan şərait və intensiv məşqlər də uğurlu çıxışın əsas səbəblərindəndir".

Məstiyev yeni mövsümdən Azərbaycan çempinatının səviyyəsinin qalxdığını söyləyib: "Ölkədə ildən-ilə minifutbolun səviyyəsi artır. Buna görə Azərbaycan Minifutbol Federasiyasının əməkdaşlarını təbrik etmək lazımdır. Cari mövsümdə iddialı komandaların çoxaldığının şahidi oluruq".

Baş məşqçi futbol üzrə Azərbaycan millisinin sabiq üzvlərindən ibarət "İnter"in liqada debütünə də toxunub: "Onların uğur qazanıb-qazanmayacaqlarını indidən söyləmək olmaz. Çünki hazırda minifutbola uyğunlaşma dövrü keçirlər. Böyük futboldan sonra minifutbola alışmaq bir qədər vaxt aparır. Hazırda normal çıxış edirlər. Bir neçə turdan sonra uğurlu nəticələr qazanmağa başlayacaqlar. Çünki ustalıq səviyyələri yüksək olan komandadır".

Qeyd edək ki, "Zirə" 7 oyundan sonra 21 xalla liderdir. "Birbaşa Bakı" (18 xal) ikinci, "Real Bakı" (16 xal) üçüncü pillədə qərarlaşıb. Hesabında 10 xal olan "İnter" isə yeddincidir.

Oxşar xəbərlər

Azərbaycan çempionatı: “Zirə” ardıcıl üçüncü qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi Türkiyə klubundan ayrılmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahir Emrelinin komandası yeni hücumçu transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərreyl"in baş məşqçisi: "Çempion olmaq üçün bütün gücümüzlə çalışacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər