İsveçrə millisinin baş məşqçisi: Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram
Əldə etdiyimiz nəticənin dadını çıxartmağa çalışıram.
"Sizinxeber.az" xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın İtaliyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Türkiyə əsilli mütəxəssis vacib oyunda qalib gəldiklərini bildirib: "Çox vacib görüşdə vacib qələbə qazandıq. Sabah bizi nə gözləyir, onu deyə bilmərəm. Hazırda qalib tərəf bizik, reallıq budur. Meydanın hər qarışı uğrunda mübarizə apardıq və üstün olan tərəf idik. Lazım olan vaxtda qollar vurmağı bacardıq. Anı yaşamağı sevirəm. Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram".
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında İtaliyaya 2:0 hesabı ilə qalib gələn İsveçrə növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib İngiltərə - Slovakiya cütünün qalibi olacaq.
Oxşar xəbərlər
Luçano Spalletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq
Çexiya millisinin baş məşqçisi: Hissənin sonlarında buraxılan qol bizi sındırdı
AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












