Azərbaycan Basketbol Federasiyası rəsmisi millinin baş məşqçisinin taleyinə aydınlıq gətirib
sizinxeber.az xəbər saytı

Azərbaycan Basketbol Federasiyası rəsmisi millinin baş məşqçisinin taleyinə aydınlıq gətirib


Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov baş məşqçi Tahir Baxşıyevin yığmadakı taleyinə aydınlıq gətirib.

O, “Sizinxeber.az”a açıqlamasında mütəxəssislə görüşmədiklərini vurğulayıb.

ABF rəsmisi hazırda baş məşqçi ilə bağlı qərar verilmədiyini söyləyib:

“Tahir Baxşıyevlə hələ görüşümüz olmayıb. Qələbə istəyi və reallıq başqadır. 12 ildən sonra ilk dəfə Dünya Kubokuna qatılıb yaxşı nəticə göstərmək çətin olardı. Sadəcə, iştirak etmək nəzərdə tutulmuşdu. Əlbəttə, qrupda yüksək yer tutsaydıq, daha yaxşı idi. Amma reallığı nəzərə alsaq, gözlənilən nəticədir. Yəqin ki, növbəti seçmə mərhələ ərəfəsində baş məşqçi ilə müzakirələrimiz olacaq. Hazırda heç bir qərar yoxdur və Tahir Baxşıyev yığmadakı vəzifəsinə davam edir”.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunun seçmə mərhələsində İrlandiya, Kosovo və İsveçrə ilə birlikdə yer aldığı A qrupunda sonuncu yeri tutub.

Oxşar xəbərlər

3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları ilk dəfə Bakıda keçiriləcək
Azərbaycanın basketbol millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək
Azərbaycan millisinin baş məşqçisi: "Kosovo və İrlandiyaya qalib gəlməyə çalışacağıq"
Tahir Baxşıyev: "Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik"
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər