Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub
sizinxeber.az xəbər saytı

Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub


Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub.

"Sizinxeber.az" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər.

Federasiya rəsmiləri GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşq prosesini izləyib, təlim-məşq prosesinin gedişatı, həmçinin idmançıların və məşqçilərin problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, iyunun 24-də start götürmüş toplanışda Sumqayıt, Quba, Qusar, Oğuz, Hacıqabul, Ələt, Masallı, Naxçıvan, Gəncə, Tovuz və Bakı şəhərlərindən olan 2008-2012-ci il təvəllüdlü 24 idmançı iştirak edir. Təlim-məşq toplanışına yeniyetmə, gənc oğlanlardan ibarət yığmaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edir. Ona yeniyetmə, gənc oğlanlardan ibarət millilərin köməkçi məşqçisi Vahid Seyed Abbasi, fiziki məşqçi İraj Müqəddəm və RVK-ların (Gəncə, Oğuz, Hacıqabul) məşqçiləri kömək edirlər.

Oxşar xəbərlər

Azərbaycan Voleybol Federasiyası illik hesabat verəcək, millinin baş məşqçisi təqdim ediləcək
Bakıda ilk dəfə çimərlik voleybolu üzrə "Seçim Günü" keçiriləcək
Beynəlxalq Cüdo Federasiyasının prezidenti milli komandaların Təlim-Məşq Mərkəzində olub
Federasiya rəsmiləri istedadlı voleybolçuları müəyyənləşdirmək üçün Naxçıvana gedib
Azərbaycanın 3x3 basketbol millisi təlim-məşq toplanışına yollanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər