Federasiya rəsmiləri istedadlı voleybolçuları müəyyənləşdirmək üçün Naxçıvana gedib
Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunan növbəti düşərgə Naxçıvan Muxtar Respublikasında baş tutub.
AVF-dən "Report"a verilən məlumata görə, “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi çərçivəsində bu bölgədən olan voleybol məşqçiləri ilə görüş keçirilib.
AVF nümayəndələrinin, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın iştirakı ilə baş tutan görüşdə bölgələrdə voleybolun inkişafından, mütəxəssislərin fəaliyyətindən danışılıb, bu idman növünün yeni qaydaları haqqında ətraflı məlumat verilib. Həmçinin rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Naxçıvanda təşkil olunan düşərgə bu ilin ikinci düşərgəsidir. İlin ilk düşərgəsi 9-11 fevral tarixlərində Gəncə və Tovuzda təşkil olunub. Növbəti düşərgə fevralın 21-23-də Sumqayıtda baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Voleybol Federasiyası illik hesabat verəcək, millinin baş məşqçisi təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
EEVZA: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı nümayəndələr Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmrullayev rektorlarla görüşdü: Tapşırıqlar verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












