Bakıdakı Dünya Kubokunda iştirak edəcək komandalar açıqlanıb
sizinxeber.az xəbər saytı

Bakıdakı Dünya Kubokunda iştirak edəcək komandalar açıqlanıb


Azərbaycanda ilk dəfə baş tutacaq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində iştirak edəcək komandalar müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, yarışda kişilərdən ibarət millimizlə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran yığmaları mübarizə aparacaq.

Qadınların yarışına isə Azərbaycan, Çili, Latviya, Çin Taypeyi, Brazilya və Misir kollektivləri qatılacaq.

Qarşılaşmalar mayın 24-25-də Bakıda təşkil olunacaq.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələnin ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Oxşar xəbərlər

3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları ilk dəfə Bakıda keçiriləcək
Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzub
Azərbaycanın basketbol millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle