Azərbaycan millisinin yeni baş məşqçisi: Bu komandada işləmək mənim üçün şərəfdir
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin yeni baş məşqçisi: Bu komandada işləmək mənim üçün şərəfdir


Millidə işləmək mənim üçün şərəfdir.

Bunu "Sizinxeber.az"a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis daha əvvəl də bu komandaya rəhbərlik etdiyini xatırladıb: "İlk dəfə 2015-2021-ci illərdə millidə çalışmışam. Yenidən təyin olunduğuma görə federasiyaya təşəkkür edirəm. Məni bu posta layiq gördülər. Bütün voleybol bacarığımı ortaya qoyaraq, komandanın inkişafı üçün əlimdən gələni edəcəyəm".

"Qısa müddət üçün hansısa məqsəd deyə bilmərəm. Hədəfin yolu uzun olur. Azərbaycan voleybolunun gələcəyinə önəm verildiyi üçün gənclərdən ibarət komandanı böyütmək niyyətindəyik. Artıq bütün ölkəmizdə seleksiya işləri görülür. Birinci hədəfimiz yeni yığılan uşaqlardan ibarət yığma tərtib etməkdir. Millinin əsas heyətini gənc və yerli oyunçular təşkil etməlidirlər. Qarşıda Avropa Liqası olacaq. Avropa çempionatının seçmə mərhələsinin matçları da gerçəkləşəcək. Bu turnirlərdə ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq", - deyə Fərid Cəlalov vurğulayıb.

Oxşar xəbərlər

Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi Türkiyə klubundan ayrılmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Millinin sabiq basketbolçusu: "Kurtinaytisin gəlişi "Sabah" üçün böyük təkan olacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi beynəlxalq turnirə 11 taekvondoçu ilə qatılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: "Bu günü yox, sabahı da düşünürük" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər