Azərbaycan millisi beynəlxalq turnirə 11 taekvondoçu ilə qatılacaq
Taekvondo üzrə Azərbaycan millisinin 11 üzvü Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək G2 kateqoriyalı yarışda iştirak edəcək.
“Sizinxeber.az” xəbər verir ki, yığma Fujeyrada təşkil olunacaq beynəlxalq turnirə 5 kişi, 6 qadın taekvondoçu ilə qatılacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) şans verəcəklər.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.
Fevralın 2-də səfərə yollanacaq komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Qeyd edək ki, yığma Bakıya fevralın 5-də qayıdacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Qran-priyə 11 cüdoçu ilə yollanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan boksçuları Qazaxıstana yollanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan badminton millisinin baş məşqçisi: "Bakıdakı yarış yüksək səviyyədə təşkil olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi "Fənərbağça"nın akademiyasındakı toplanışı başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Voleybol Federasiyası illik hesabat verəcək, millinin baş məşqçisi təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












