Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Quba"ya məğlub olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
noy
2024
20:30

Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Quba"ya məğlub olub

30 noy, 2024
20:30
779

Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Quba"ya məğlub olub

Azərbaycan Basketbol Liqasının IV turunda B qrupunda "Sumqayıt" səfərdə "Quba"ya məğlub olub.

"Sizinxeber.az" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 97:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Ötən gün isə "Ordu" klubu səfərdə "Lənkəran"ı məğlub edib - 92:55. Bu gün baş tutan "Sabah" - NTD görüşündə meydan sahibləri 110:86 hesablı qələbəyə sevinib. Turun digər matçları dekabrın 1-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın