Azərbaycan Yüksək Liqası: Kişi voleybolçular arasında yarımfinalın ikinci oyunları baş tutacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan Yüksək Liqası: Kişi voleybolçular arasında yarımfinalın ikinci oyunları baş tutacaq


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu gün ilk olaraq "Xilasedici" "Murov Az Terminal"la üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Ardınca "Neftçi" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 18:00-da başlayacaq.

Oyunlar Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq. "Xilasedici" və "Ordu" ilk matçda 3:0 hesablı qələbəyə seviniblər.

Xatırladaq ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Oxşar xəbərlər

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi başlayır
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsi start götürüb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi başlayır
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək
Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab matçları başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər