sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paris-2024: İspaniya millisinin 39 yaşlı basketbolçusu zədələnib
İspaniya millisinin basketbolçusu Rudi Fernandes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında zədələnib.
"Report"un məlumatına görə, 39 yaşlı oyunçu A qrupunun II turunda Yunanıstan seçməsinə qarşı keçirdikləri matçda sıradan çıxıb.
Təcrübəli idmançı qarşılaşma vaxtı komanda yoldaşı ilə toqquşub. O, daha sonra həkimlərin köməyi ilə meydandan çıxarılıb.
Qeyd edək ki, görüş İspaniyanın qələbəsi ilə yekunlaşıb - 84:77. Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Novak Cokoviç inamlı qələbə qazanıb
Paris-2024: Novak Cokoviç Rafael Nadalı məğlub edib
Paris-2024: Türkiyənin voleybol millisi ilk oyunda əzmkar qələbə qazanıb
Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazanıb
Paris-2024: Azərbaycan badmintonçusu məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













