Azərbaycan klublarının Avropa Kubokunda rəqibləri müəyyənləşib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan klublarının Avropa Kubokunda rəqibləri müəyyənləşib - YENİLƏNİB


Azərbaycanı avrokuboklarda təmsil edəcək "Abşeron Lions" və "Neftçi" basketbol klublarının Avropa Kubokundakı rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, Almaniyanın paytaxtı Münhendə müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Abşeron təmsilçisi ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. Bu cütün qalibi H qrupunda "Casademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) klubları ilə mübarizəni davam etdirəcək.

"Neftçi" isə I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, "Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında dördüncü olub. "Neftçi" isə gümüş medal qazanıb.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək. Müntəzəm mövsümün matçlarının tarixi isə daha sonra elan ediləcək.

14:28

"Abşeron Lions" basketbol klubunun Avropa Kubokunun ilk təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Report" xəbər verir ki, Almaniyanın paytaxtı Münhendə müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Abşeron təmsilçisi Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq.

Qeyd edək ki, "Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında dördüncü olub.

Oxşar xəbərlər

"Neftçi"nin basketbol komandası Avropa Kubokunun müntəzəm mövsümündə çıxış edəcək
Azərbaycan Basketbol Liqası: Yeni mövsümün başlama tarixi və reqlamenti müəyyənləşib
Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib
Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib
3x3 basketbol üzrə Azərbaycan milliləri Avropa Kubokunda mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər