“Xilasedici”nin baş məşqçisi: “Challenge Cup”da rəqiblər zəif olmayacaq”
sizinxeber.az xəbər saytı

“Xilasedici”nin baş məşqçisi: “Challenge Cup”da rəqiblər zəif olmayacaq”


Azərbaycanı “Challenge Cup”da təmsil edəcək kişilərdən ibarət “Xilasedici" voleybol klubunun rəqibi zəif olmayacaq.

Bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.

Mütəxəssis yaxşı heyət qurduqlarını vurğulayıb:

“Artıq statistikimiz və menecerimiz məlumat toplamağa başlayıb. Rəqiblər böyük ehtimalla zəif olmayacaqlar. Ötən il Balkan Kubokunda Türkiyənin “Arkasspor” klubu çempion olmuşdu. Bu il isə Türkiyə komandaları yarışda iştirak etməyəcəklər. Ötən mövsüm 6 komanda mübarizə aparıb. Bu dəfə say hələlik bəlli deyil. Rəqiblərimiz avqustda bilinəcək. Ancaq bizim üçün bunun fərqi yoxdur, yarışa hazırlaşmalıyıq. Bu il yaxşı heyət qurmuşuq və komandama güvənirəm”.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin “Challenge Cup”dakı potensial rəqibi Balkan Kubokunu qazanan komanda olacaq. Avrokuboklarda debüt edəcək “Xilasedici” mübarizəyə 1/32 finaldan start verəcək. Komandaların birinci oyunu noyabrın 11-13-nə, cavab matçı bir həftə sonraya təsadüf edəcək.

Oxşar xəbərlər

Azərbaycanın qadınlardan ibarət voleybol klubları avrokuboklara qatılmayacaq - EKSKLÜZİV
"Xilasedici"nin baş məşqçisi: "Bütün fikrimizi Azərbaycan Kubokunu qazanmağa yönəltmişdik"
"Sabah"ın baş məşqçisi: "Çempionlar Liqasında zəif rəqib yoxdur"
Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq"
Azərbaycanın millisinin baş məşqçisi: “Super Liqada çempionluğa iki komanda namizəddir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər