Azərbaycan millisinin üzvü: “Dünya Seriyasında xarakter və əla komanda oyunu nümayiş etdirdik”
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində xarakter və əla komanda oyunu nümayiş etdirib.
Bunu “Sizinxeber.az”a açıqlamasında yığma üzvü Dina Ulyanova deyib.
Basketbolçu bunun çox vacib təcrübə olduğunu vurğulayıb:
“Möhtəşəm turnir oldu, 3 gün ərzində 7 oyun keçirdik. Tamamilə fərqli oyun xüsusiyyətləri olan komandalarla oynadıq. Bu, çox vacib təcrübədir. Hər matçda maksimum xal topladıq. Xarakter və əla komanda oyunu nümayiş etdirdik. Uğurun açarı budur. Nəticədən çox razıyam”.
Milli üzvü əsas məqsədin Avropa Kubokunda uğur qazanmaq olduğunu söyləyib:
“Əsas məqsədimiz Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Avropa Kubokunda medallar uğrunda mübarizə aparmaqdır. Azərbaycanda daha iki belə turnir olacaq, qarşılıqlı əlaqələr üzərində işləmək və daha yaxşı formaya düşmək üçün yaxşı imkan olacaq. Düşünürəm ki, yüksək səviyyəni qoruyub saxlamalı və oyunumuzu daha da təkmilləşdirməyə çalışmalıyıq. Amma uğursuz vəziyyətlərdən üzülməməliyik, çünki bu hazırlıq mərhələsidir. Əsas odur ki, sentyabrda pik formada olaq”.
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Buxarest mərhələsini çempion kimi başa vurub. Komanda yarımfinalda Çin yığmasını (21:17), finalda isə ABŞ-nin "Sietl" klubunu (21:18) məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan millisinin üzvü: "Avropa Kubokunun əsas mərhələsində hədəf mükafatçılar sırasına düşməkdir"
Fərrux Mahmudov: “Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasında əla performans göstərdi”
Azərbaycan millisinin basketbolçusu: Meydanda hər top uğrunda mübarizə apardıq
Azərbaycan millisinin baş məşqçisi: "Xorvatiyaya qarşı yaxşı oyun nümayiş etdirdik"
"Səbail"in baş məşqçisi: "65 dəqiqə yaxşı oyun nümayiş etdirdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












