ABŞ-də yaşayan azərbaycanlı idmançı: "Bakıda peşəkar hokkey komandasının yaradılmasını istəyirəm"
İnanıram ki, ölkədə tez bir zamanda peşəkar komanda yaradılacaq.
Bunu "Report"a açıqlamasında ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev deyib.
Bakıya gələrək gənc hokkeyçilərə "ustad dərsi" keçən idmançı təəssuratlarının müsbət olduğunu söyləyib:
"Azərbaycanda gəldiyim üçün sevincliyəm. Özümü evindəki kimi hiss edirəm. İstəyirəm ki, Azərbaycanda hokkey inkişaf etsin. Balaca uşaqlar bu idmanla məşğul olsunlar. İnanıram ki, ölkədə tez bir zamanda peşəkar komanda yaradılacaq. Bunun üçün buz meydançalarının sayı artırılmalıdır".
Qeyd edək ki, "ustad dərsi" Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutub.
Danial Caniyev ABŞ-nın "Penn State University" komandasının aparıcı oyunçularındandır. O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib.
Oxşar xəbərlər
ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Bakıda "ustad dərsi" keçib
Azərbaycan Cüdo Federasiyası tərəfindən Goranboyda ustad dərsi keçirilib
Azərbaycanlı məşqçi Gürcüstanda "ustad dərsi" keçəcək
Azərbaycan Cüdo Federasiyası Gəncədə "ustad dərsi" təşkil edib
Azərbaycanın buzüstü hokkey komandası Çin və Rusiyada keçiriləcək turnirlərə dəvət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
