Hazard Messi və Ronaldonu müqayisə etdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
fev
2024
15:07

Hazard Messi və Ronaldonu müqayisə etdi

20 fev, 2024
15:07
1 936

Hazard Messi və Ronaldonu müqayisə etdi



"Çelsi" və "Real Madrid"in sabiq futbolçusu Eden Hazard "İnter Mayami"nin hücumçusu Lionel Messi ilə "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu müqayisə edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail"in məlumatında deyilir.

"İnsanların fikirləri fərqli ola bilər, amma məncə Messi Ronaldodan yaxşıdır. Kriştiano kuboklar gətirən əla qolçudur. O, 50 yaşında da qol vuracaq, amma mən Messinin oyun tərzinə üstünlük verirəm. Bütün zamanların ən yaxşı futbolçusu? Düşünürəm ki, bu Zidandır", - futbolçu deyib.

Xatırladaq ki, Hazard 2019-2021-ci illərdə "Real Madrid"in heyətində Zidanın rəhbərliyi altında çıxış edib.

Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədər qüvvədədir. Portuqaliyalı əvvəllər "Mançester Yunayted", "Yuventus", "Real Madrid" və "Sportinq"də çıxış edib.

Messi də öz növbəsində 2023-cü ildən "İnter Mayami"nin formasını geyinir. Onun klubla müqaviləsi də 2025-ci ilə qədərdir. Argentinalı daha əvvəl PSJ və "Barselona"da çıxış edib.

BAKU.WS

Bizimlə əlaqə saxlayın