Messinin gəlişindən sonra "İnter Mayami"nin qiyməti 74 % artıb
Argentinalı hücumçu Lionel Messinin ötən yay ABŞ təmsilçisi “İnter Mayami” klubuna transferi bütün MLS kimi, klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib.
“Report”un məlumatına görə, bu barədə “Sportico” xəbər yayıb.
Belə ki, son bir ildə “İnter Mayami”nin dəyəri 74 % artaraq hazırda 1,2 milyard ABŞ dolları təşkil edir. Amerika klubunun gəliri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub.
Qeyd olunur ki, son bir ildə MLS klublarının gəlirləri 27 % artıb.
Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Oxşar xəbərlər
“İnter Mayami” Lionel Messinin ilk komandası ilə yoxlama görüşü keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri bölüşdürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Messi “Qızıl top”un sahibi oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda üç həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












