Mbappenin “Real Madrid”dəki maaşı bəlli olub
sizinxeber.az xəbər saytı

Mbappenin “Real Madrid”dəki maaşı bəlli olub


“PSJ” komandasının futbolçusu Kilian Mbappe “Real Madrid”də mövsümdə 60 milyon avro qazanacaq.

“Report” xəbər verir ki, bu barədə “El Debate” məlumat yayıb.

Mbappe “Real Madrid” futbol klubu ilə müqavilə imzaladığı üçün 100 milyon avro mükafat alacaq.

Futbolçu 2024-cü ilin yayında İspaniya klubuna keçəcək və müqaviləsinin müddəti 6 ildir.

Artıq Fransanın PSJ klubu komandanı tərk edəcək əsas forvardı Kilian Mbappeyə əvəzləyici də tapıb. Parislilər “Milan”ın hücumçusu Rafael Leaonu almaq istəyirlər.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqavilə müddəti 2024-cü il iyunun sonuna kimi qüvvədədir.

“Transfermarkt” portalına görə futbolçunun təxmini qiyməti 180 milyon avrodur.

Oxşar xəbərlər

PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
PSJ prezidenti: Mbappe ilə bütün danışıq aramızda qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mbappe Afrika Kubokunda oynaya biləcək ən bahalı futbolçuların lideridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real" klubu 62 ildən sonra rekordunu təkrarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Real Madrid” final oyununda “Barselona” ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər