sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
38 yaşlı Modriç 2026-cı il dünya çempionatında oynamağı planlaşdırır
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Xorvatiyanın Millətlər Liqasında Portuqaliya və Polşaya qarşı keçirəcəyi oyunlara dəvət olunub.
Bu barədə İspaniyanın "AS" portalı xəbər verib.
AVRO-2024-dən sonra şübhələrə baxmayaraq, 38 yaşlı xorvat millidə qalmaq qərarına gəlib.
Mənbənin sözlərinə görə, Luka 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynamaq arzusundadır. Modriç özünü yarımmüdafiədə keyfiyyətli əvəzedicilər tapmaqda çətinlik çəkən Xorvatiya millisi üçün vacib fiqur hesab edir.
Zlatko Daliçin yetirmələri sentyabrın 5-də Portuqaliya, sentyabrın 8-də Polşa ilə qarşılaşacaq.
BAKU.WS
Oxşar xəbərlər
Modriçdən Arda Gülərə xəbərdarlıq - “Bunu etmə!”
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
Səudiyyə Ərəbistanı klubundan "Real Madrid"ə 100 milyon avroluq təklif
"Çelsi"nin yarımmüdafiəçisi "Atletiko" İlə müqavilə imzlayacaq
Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













