Modriçdən Arda Gülərə xəbərdarlıq - “Bunu etmə!”
"Real Madrid"in təcrübəli xorvat futbolçusu Luka Modriç İspaniya klubunda çıxış edən Arda Gülərə xəbərdarlıq edib.
Sizinxeber.az “Defansa Central”a istinadən xəbər verir ki, Modriç Ardaya zərbə vurmaqdan çəkindiyi üçün irad tutub.
Belə ki, Avropanın iki köklü klubu "Real Madrid" və "Milan" yeni mövsümə hazırlıq çərçivəsində ABŞ-ın Çikaqo şəhərində keçirilən xüsusi matçda üz-üzə gəlib. İtalyanlar 55-ci dəqiqədə Samuel Çukvuzenin vurduğu qolla ispanları 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelottinin mövsümöncəsi təlim-məşq toplanışındakı çıxışından razı qaldığı qeyd edilən Arda Gülər "Milan"la matça ilk 11-də başlayıb. O, matçın ikinci hissəsində Niko Pazla əvəzlənib.
Matçın ardınca Luka Modriçin uyğun mövqe tapmasına baxmayaraq zərbə vurmaqdan yayınan Arda Gülərə xəbərdarlıq etdiyi bildirilib.
Bildirilib ki, 38 yaşlı təcrübəli ad gənc istedada "Bunu etmə! Fürsət olanda uzaqdan cəhd etməkdən qorxma. Möhtəşəm vuruşundan yararlan" deyib.
Zərbə vurmaq qabiliyyəti Luka Modriç tərəfindən də diqqət çəkən Arda Gülər AVRO-2024-də Türkiyə millisinin forması ilə dəqiq zərbə vuraraq toru silkələməyi bacarmışdı. Turnirdə 5 matça çıxan Arda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Ançelotti Arda Gülərə heyran qaldı: Nə Endrik, nə də Modriç [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real" Arda Gülərin icarə təklifindən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Real Madrid” final oyununda “Barselona” ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın illik gəliri rekord məbləğə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mbappenin “Real Madrid”dəki maaşı bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












