"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır
"Qarabağ" çox mütəşəkkil komandadır.
"Report" xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qarabağ" ilə oyun barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirib:
"Ludoqorets"lə görüşdə bolqarlar favorit göstərilsə də, "Qarabağ" bunun əksini sübut etdi. Lakin bu, bir az da Razqard klubunun öz səhvi nəticəsində baş verdi.
Müdafiədəki boşluqlar məğlubiyyətə səbəb oldu. "Qarabağ" çox mütəşəkkil komandadır. Taktiki cəhətdən və sürət, texnika baxımından çox yaxşı kollektiv formalaşdırıblar. Onları ən yaxşı şəkildə təhlil etməyə çalışırıq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdıran (1:2, 7:2) Azərbaycan çempionu pley-offda "Dinamo" ilə oynamaq hüququ qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi klub ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.
Oxşar xəbərlər
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ludoqorets"i səfərdə böyük hesabla məğlub edən "Qarabağ" rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahir Emreli: Qurban Qurbanovun "Dinamo" ilə bağlı mənim məsləhətimə ehtiyacı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












