UEFA Çempionlar Liqası: "Ludoqorets" hesabda önə keçib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

UEFA Çempionlar Liqası: "Ludoqorets" hesabda önə keçib - YENİLƏNİB




UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında üçüncü qol vurulub.

"Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabda önə keçib - 2:1.

23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***22:12

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında ikinci qol vurulub.

"Ludoqorets Arena"dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib - 1:1.

13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***22:06

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab açılıb.

"Ludoqorets Arena"dakı oyunda Azərbaycan klubu hesabda önə çıxıb.

7-ci dəqiqədə Juninyo fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***22:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı start götürüb.

Qarşılaşma "Ludoqorets Arena"da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***20:50

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq “Ludoqorets” (Bolqarıstan) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

"Ludoqorets Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

BAKU.WS

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Ludoqorets" hesabda önə keçib - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ" səfərdə Bolqarıstan klubu ilə qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçında 3-cü qol vurulub - YENİLƏNİB-6 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçında ilk hissə başa çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçı start götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər