
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçında 3-cü qol vurulub - YENİLƏNİB-6

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçında 3-cü qol vurulub - YENİLƏNİB-6
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında 3-cü qol vurulub.
Bolqarıstan klubundan Kayo Vidal hesab arasındakı 87-ci dəqiqədə fərqi artırıb - 1:2.
Vidal 89-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
"Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlardan Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib.
***21:24
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab bərabərləşib.
65-ci dəqiqədə Olaviyo Juninyo hesabı bərabərləşdirir.
***21:19
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab açılıb.
Qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib - 0:1
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
***21:05
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ikinci hissə başlayıb.
Hazırda davam edən oyunda hesab açılmayıb.
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
***20:51
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz yollanıb.
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
***20:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı start götürüb.
Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
***19:02
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçının start heyətləri açıqlanıb.
Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Kayo Vidal, Dua Kvadvo, Bernard Tekpetey