sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Qarabağ" komandası Polşa klubunun qolkiperi ilə razılığa gəlib
Azərbaycan çempionu "Qarabağ" komandası Polşa klubunun qolkiperi ilə razılığa gəlib.
Sizinxeber.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Polşanın "Stal" klubunda çıxış edən Mateuş Koçalskini transfer etmək istəyir.
Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir. İddiaya görə, "Qarabağ" Koçalski üçün "Stal"a 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Stal" Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava "Legiya"sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
Sizinxeber.az
Oxşar xəbərlər
"Qalatasaray"dan 22 milyon avroluq transfer bombası - FOTO
Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Veldeli "Qalatasaray"a satmamağa çağırıb
Azərbaycanlı qapıçı “Barselona”ya transfer olunub - FOTO
Fransa çempionu "Milan"ın qapıçısını transfer etmək istəyir
Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Vendeli "Qalatasaray"a satmamağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













