Fransa çempionu "Milan"ın qapıçısını transfer etmək istəyir
sizinxeber.az xəbər saytı

Fransa çempionu "Milan"ın qapıçısını transfer etmək istəyir


Fransanın PSJ klubu İtaliya təmsilçisi "Milan"ın qapıçısı Mayk Menyanı transfer etmək istəyir.

"Sizinxeber.az" “Il Messaggero”ya istinadən xəbər verir ki, Paris klubu “Mançester Siti”yə keçəcəyi gözlənilən Canluici Donnarummanın əvəzinə qolkiperi almağa çalışacaq.

29 yaşlı oyunçu PSJ-nin yetirməsi olsa da, heç vaxt əsas komandada oynamayıb. 2015-ci ildə o, 1 milyon avro qarşılığında "Lill"ə keçib və əsas heyət üzvü olub.

Qolkiper 2021-ci ildə 16,4 milyon avroya "Milan"a transfer olunub.

Qeyd edək ki, ötən mövsüm M.Menyan bütün turnirlərdə 42 matçda meydana çıxıb. O, bu oyunların 15-də qapısını toxunulmaz saxlayıb. Qapıçı AVRO-2024-ün simvolik komandasına da daxil edilib.

Oxşar xəbərlər

"Mançester Siti" İtaliya millisinin qapıçısını transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
PSJ İspaniya yığmasının futbolçusunu transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Almaniya klubu ilə razılığa gələ bilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər