
Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Vendeli "Qalatasaray"a satmamağa çağırıb

Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Vendeli "Qalatasaray"a satmamağa çağırıb
"Fənərbağça" prezidenti Ali Koç "Zenit" rəhbəri Aleksandr Medvedevə müraciət edərək Sankt-Peterburq təmsilçisinin braziliyalı futbolçusu Vendeli "Qalatasaray"a satmamağa şağırıb.
Sizinxeber.az xəbər verir ki, Çubuklu Sports bunu öz X sosial şəbəkə hesabında yazıb. Mənbənin məlumatına görə, Medvedevə yazılan məktubun mətni belədir: "Vendeli "Qalatasaray"a satmayın. Onların onsuz da pulları yoxdur".
Bundan bir qədər əvvəl isə "Zenit"lə "Qalatasaray"ın Vendelin 17 milyon avro qarşılığında İstanbul təmsilçisinə transferi ilə bağlı razılığa gəldikləri məlumatı yayılmışdı.
Qeyd edək ki, braziliyalı futbolçu Vendel ötən mövsüm "Zenit"in forması altında bütün turnirlərdə 35 matçda meydana çıxaraq 4 qol və 10 məhsuldar ötürmə performansı göstərmişdi. Futbolçunun "Zenit"lə müqaviləsi 2027-ci ilin yayında bitir.