"Qalatasaray"dan 22 milyon avroluq transfer bombası - FOTO
Türkiyənin "Qalatasaray" klubu "Zenit"dən yarımmüdafiəçi Vendeli transfer etməyə yaxındır.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Kontra Spor” məlumat yayıb.
Mənbənin məlumatına görə, türk klubu braziliyalı yarımmüdafiəçinin transferi üçün 22 milyon avro ödəyəcək. 12 milyon avronu "Qalatasaray" dərhal, qalanını isə bir neçə il ərzində hissə-hissə ödəyəcək. Bonus hissəsi 2 milyon avroya çatacaq.
Bundan əvvəl mediada Vendelin Türkiyə klubuna keçmək üçün heç bir səy göstərmədiyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Vendel ötən mövsüm "Zenit"in heyətində bütün oyunlarda 35 oyun keçirib, burada 4 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Oxşar xəbərlər
"Zenit"in Vendeli "Qalatasaray"a nə səbəbə satmaması məlum olub
Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Vendeli "Qalatasaray"a satmamağa çağırıb
Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Veldeli "Qalatasaray"a satmamağa çağırıb
"Qalatasaray" Vendelin transferi ilə bağlı son qərarını verdi
Vendel "Qalatasaray"a keçmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














