"Azərbaycan Olimpiya Evi"ndə medal qazanan idmançılarımızla görüş keçirilib - FOTO
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən "Azərbaycan Olimpiya Evi"ndə idmançılarımızın qələbəsinə həsr olunmuş növbəti görüş keçirilib.
Görüşdə Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız Alfonso Dominqes, Georgi Meşvildişvili, eləcə də Olimpiadanın final mərhələsində uğurla çıxış edərək 5-ci yeri tutan bədii gimnastika üzrə qrup hərəkətləri komandamız alqışlarla qarşılanıblar. Tədbir iştirakçıları idmançılarımızı qələbələri münasibətilə təbrik edib, onlarla qürur duyduqlarını bildiriblər.
Tədbirdə Azərbaycan Olimpiya komandasının üzvləri, Olimpiya və dünya çempionları, müxtəlif ölkələrin idman nümayəndə heyətlərinin nümayəndələri, "Paris-2024" Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, Azərbaycan diasporunun nümayəndələri, xarici qonaqlar, media mənsubları və digər şəxslər iştirak ediblər.
Xarici ölkələrin idmançı və mütəxəssisləri və tədbirdə çıxış edənlər Azərbaycan idmançılarının "Paris-2024" Yay Olimpiya Oyunlarında uğurlu çıxışları münasibətilə ölkəmizi təbrik ediblər. Tədbirdə həmçinin XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan Milli Olimpiya Komandası bayraqdarlarının adları açıqlanıb. Bayrağımızı daşımaq şərəfi taekvondoçumuz, Olimpiadanın gümüş medalçısı Qaşım Maqomedov və bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın ən təcrübəli üzvü Zeynəb Hümmətova həvalə edilib.
Tədbir gənc müğənni Mərdan Kazımovun ifasında müxtəlif Azərbaycan musiqiləri ilə davam edib.
Oxşar xəbərlər
Olimpiya çempionları vətənə geri dönüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Giorgi Meşvildişvili: “Qazandığım medal mənim üçün qızıla bərabərdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
























