Dava etdiklərinə görə 500 min cərimələndilər
İspaniyanın "Real Madrid" futbol klubunun uruqvaylı yarımmüdafiəçiləri Federiko Valverde və fransız Olerien Çuameni məşq zamanı dava etdiklərinə görə hər biri 500 min avro cərimələniblər.
Axar.az Trend-ə istinadən xəbər verir ki, məşq zamanı baş verən davadan sonra oyunçulara qarşı intizam tədbirləri başladılıb. Valverde Çouameni ilə mübahisəni təsdiqləsə də, fiziki dava ilə bağlı məlumatları təkzib edib.
"Oyunçular baş verənlərə görə dərin təəssüflərini bildiriblər və bir-birlərindən üzr istəyiblər. Oyunçular klubdan, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyiblər. Hər ikisi "Real Madrid"lə işləməyə davam etməyə hazır olduqlarını və klubun məqbul hesab etdiyi istənilən cəzanı qəbul etməyə hazır olduqlarını bildiriblər. Bu halları nəzərə alaraq, "Real Madrid" hər bir oyunçuya 500 min avro cərimə tətbiq etmək qərarına gəlib və bununla da müvafiq daxili araşdırma başa çatıb", - klubun açıqlamasında qeyd olunub.
Oxşar xəbərlər
"Real" Valverde və Çuamenini məşqdəki insidentə görə cərimələyib
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
Valverde Çuameni ilə dava barədə məlumatı təkzib edib
"Real"ın futbolçusu Valverde Çuameni ilə davadan sonra xəstəxanaya yerləşdirilib
Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
