FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi
sizinxeber.az xəbər saytı

FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi


"Neftçi" futbol klubuna FIFA tərəfindən tətbiq edilmiş transfer qadağası geri götürülüb.

BAKU.WS xəbər verir ki, klubdan verilən məlumata görə, qadağanın qoyulmasına texniki səhv səbəb olub.

Artıq problem tamamilə həll edilib və qadağanı əks etdirən məlumat FIFA-nın rəsmi saytından silinib. Bununla da paytaxt təmsilçisinin heyətinə yeni oyunçular qatması üçün heç bir hüquqi maneə qalmayıb.

Xatırladaq ki, bir müddət əvvəl FIFA-nın rəsmi portalında "Neftçi"nin adı transfer qadağası qoyulan klublar siyahısında yer almışdı. Klub rəhbərliyi məsələnin qısa zamanda həll olunacağını bildirmişdi.

Oxşar xəbərlər

"Neftçi" FIFA-nın transfer qadağasının 3-5 gün ərzində ləğv ediləcəyini açıqlayıb
"Neftçi" klubuna tətbiq olunan transfer qadağası aradan qaldırılıb
FİFA "Neftçi"yə transfer qadağası qoyub, qadağanın səbəbi məlum olub
FİFA-dan "Neftçi"yə transfer qadağası: Klubdan reaksiya...
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər