Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
sizinxeber.az xəbər saytı

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda, Dənizkənarı Bulvar ərazisində keçirilən yelkən idmanı üzrə "Prezident Kuboku 2026" turnirinin ilk günü başa çatıb.

"Sizinxeber.az" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada idmançılar iki kateqoriya - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar.

"Prezident Kuboku 2026" mayın 3-də yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında yarışacaqlar.

Qaliblər iki günün nəticəsinə əsasən müəyyənləşəcək.

Oxşar xəbərlər

Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək
"Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq
Sərsəng su anbarında "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır
"Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər