BOK Paris Olimpiadasının açılış mərasiminə görə üzr istəyib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçirilən Olimpiadanın mübahisəli açılış mərasiminə görə Oyunların təşkilat komitəsinin mövqeyini dəstəkləyərək ictimaiyyətdən üzr istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə BOK-un "X" sosial şəbəkəsindəki hesabında dərc olunmuş bəyanatda bildirilir.
"BOK Paris Təşkilat Komitəsinin açılış mərasimi ilə bağlı verdiyi açıqlamaları nəzərə alıb və alqışlayır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, təşkilat komitəsinin kommunikasiyalar üzrə direktoru Ann Deşam keçirdiyi brifinqdə tədbir üçün üzr istəyib və təşkilatçıların sosial qruplara hörmətsizlik etmək deyil, "cəmiyyətin müxtəlifliyini qeyd etmək" istədiklərini bildirib. Həmçinin, bəzi ölkələr üçün BOK-un resurslarında mərasimin əsas məqamlarına baxmaq imkanı gizlədilib.
Oxşar xəbərlər
Olimpiada təşkilatçıları "Sonuncu şam yeməyi"nin parodiyasına görə üzr istəyiblər
“Paris-2024”ün açılış mərasiminin videosu rəsmi saytdan və yutub kanalından silinib
Baş örtüyünə icazə verilməyən fransalı idmançı açılış mərasiminə papaqla qatıldı - FOTO
“Paris-2024” İTV-də yayımlanacaq
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













