“Paris-2024” İTV-də yayımlanacaq
Sabahdan “Paris-2024” yay olimpiya oyunları eksklüziv olaraq İctimai TV-də canlı yayımlanacaq.
Bu barədə Sizinxeber.az-ə İTV-dən məlumat verilib.
Qeyde edilib ki, sabahdan başlayacaq və iyulun 26-da rəsmi açılış mərasimi olacaq planetin ən möhtəşəm idman yarışması “Paris-2024” yay olimpiya oyunları idman həvəskarlarına canlı yayımda təqdim olunacaq. Avqustun 11-dək davam edəcək oyunlarda idmançılarımızın çıxışları, olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosial anları İTV-nin efirində yaşanacaq.
İdmançılarımızın qələbə xəbərləri, yarışla bağlı eksklüziv təəssüratları ilk olaraq bizim efirdə bu il 30 illiyini qeyd edən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə Parisdən canlı yayımda nümayiş olunacaq.
Hər yarış gününün əvvəli və sonunda xüsusi olaraq Paris olimpiadası üçün hazırlanmış “Bol idman”ın yeni studiyasında idmançılarımızın çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olunacaq.
İTV tamaşaçılara xoş seyrlər, idmançılarımıza isə bol-bol uğurlar arzulayır.
Oxşar xəbərlər
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya millisi Argentinaya uduzaraq Paris Olimpiadasına vəsiqə qazana bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












