sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın FIFA referisi Avropa çempionatında İngiltərə millisinin oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Elçin Məsiyevin Slovakiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında idarə edəcəyi ilk oyun bəlli olub.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı referi B qrupundakı Çexiya - İngiltərə matçında ədaləti qoruyacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək gösətərəcəklər. İtaliyalı Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR-da alman Sören Storks, AVAR-da italyan Daniele Çiffi əyləşəcəklər. Hakim-inspektor sloveniyalı Darko Çeferin olacaq.
Qeyd edək ki, Çexiya - İngiltərə oyunu iyunun 12-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
FIFA referisi Elçin Məsiyev təyinat alıb
Azərbaycanın FIFA referisi Avropa çempionatının final mərhələsinə təyinat alıb
Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək
Əliyar Ağayev “Mançester Siti”nin Çempionlar Liqasındakı oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













