

"Sabah"ın baş məşqçisi: "UEFA Gənclər Liqasında bu il daha yaxşı çıxış etməliyik"
Gənclər Liqasında çempion olan "Sabah"ın baş məşqçisi Adino Mustedanaqic avrokuboklardakı hədəflərdən söz açıb.
Xorvatiyalı mütəxəssis bu barədə "Report"a açıqlama verib.
O, UEFA Gənclər Liqasında yaxşı çıxış etmək istədiklərini bildirib:
"Hər zaman olduğu kimi, klub rəhbərliyi ilə birlikdə oturub danışmalıyıq. Ötən il ilk dəfə avrokubokda iştirak etdik və mübarizəyə ikinci mərhələdən başladıq. Bu il daha yaxşı çıxış etməliyik".
42 yaşlı xorvatiyalı mütəxəssis "Sabah-2" ilə Əvəzedicilər Liqasında çempion olmalarına da toxunub:
"Həyəcan və sevinc var idi. Düzünü desəm, bir az da inanılmaz hissdir. Mövsümə iki komanda ilə başlamaq nağıla bənzəyir. Sanki baş verməsi çətin bir şeydir. Təkcə bir komandaya rəhbərlik etmək özü kifayət qədər çətindir, ikisinə rəhbərlik etmək isə daha da ağırdır. Amma şükürlər olsun ki, əlimdə zəhmətkeş bir heyət və hər addımda bizi dəstəkləyən klub var idi. Futbolçular isə bu nağılın gerçəyə çevrilməsi üçün üzərlərinə düşəni etdilər".
Qeyd edək ki, Adino Mustedanaqic "Sabah"ın U-19 komandası ilə Gənclər Liqasının, "Sabah-2" ilə isə Əvəzedicilər Liqasının qalibi olub.
Oxşar xəbərlər
"Sabah"ın baş məşqçisi: Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq
Krunoslav Renduliç: Rəqiblə müqayisədə daha yaxşı çıxış etdik
"Sabah" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
“Sabah”ın baş məşqçisi: "Hamımız səbirsizliklə "Bazel"lə qarşılaşmanı gözləyirik"
"Sabah"ın baş məşqçisi: "Bazel"lə oyunlardan çox dərs aldıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
