Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.
"Sizinxeber.az"un məlumatına görə, baş tutan 8 matçdan sonra mundialda qrup mərhələsinin I turunun oyunlarına yekun vurulub.
E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.
Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.
Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri Çexiya seçməsi olub. Yığma Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub - 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.
H qrupunda isə İspaniya Qanaya, Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sabah komandalar qrup mərhələsindı II turun görüşlərinə start verəcəklər. Mundiala iyunun 1-də yekun vurulacaq.
Oxşar xəbərlər
Bakıda keçirilən dünya çempionatında Bosniya və Herseqovina ABŞ yığmasına qalib gəlib
Dünya çempionatı: Milli Gimnastika Arenasında I turun oyunlarına yekun vurulub
Bakıda minifutbol üzrə dünya çempionatında ilk gün arxada qalıb
Bakıda keçirilən dünya çempionatında Tayland yığması Monteneqro ilə heç-heçəyə razılaşıb
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











