Abdullah Zubir: "Qarabağ"ın heyətində Çempionlar Liqasının Liqa mərhələsində çıxış etməyi çox istəyirəm"
sizinxeber.az xəbər saytı

Abdullah Zubir: "Qarabağ"ın heyətində Çempionlar Liqasının Liqa mərhələsində çıxış etməyi çox istəyirəm"


"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının Liqa mərhələsində çıxış etmək istəyir.

Bunu "Report"a açıqlamasında Mərakeş əsilli fransalı futbolçu söyləyib.

O, komandasının Misli Premyer Liqasında çempion olmasına münasibət bildirib:

"Ötən illərdə olduğu kimi, cari mövsüm də bizim üçün uğurlu keçdi. Uzun marafon arxada qaldı. Qızıl medalları hesabımıza yazdırmaq böyük xoşbəxtlikdir. Azarkeşlərin hər zaman bizdən gözləntiləri yüksək olur. Azərbaycan Kubokunu da qazanaraq, mövsümü qızıl dublla başa vurmağı hədəfləyirik. Təbii ki, məqsədlərimiz bununla bitmir. Daha sonra UEFA Çempionlar Liqasının oyunlarına ciddi hazırlaşmalıyıq. Çox istəyirəm ki, "Qarabağ"ın heyətində Çempionlar Liqasının Liqa mərhələsində çıxış edim".

33 yaşlı yarımmüdafiəçi son olaraq başqa ölkənin klublarından rəsmi təkliflər almadığını və karyerasını Ağdam təmsilçisində davam etdrmək istədiyini vurğulayıb:

"Qarabağ"da özümü xoşbəxt hiss edirəm. Üstəlik, müqavilə müddətim bitməyib. Bu səbəbdən başqa komanda axtarışında deyiləm".

Oxşar xəbərlər

"Dinamo Zaqreb"ə məğlubiyyətlə "Qarabağ" hansı məbləğdən məhrum oldu?
Çempionlar Liqası: Liqa mərhələsinin ən yaxşı qolu açıqlanıb
PFL rəsmisi UEFA Çempionlar Liqasının oyununa təyinat alıb
Çempionlar Liqasının qrup mərhələsində ən çox uğurlu driblinq edən futbolçular açıqlanıb
Çempionlar Liqasının qalibi olan futbolçu Macarıstan klubu ilə müqavilə imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər