Azərbaycan kuboku: “Sabah” “Neftçi”ni məğlub edərək finala çıxıb
sizinxeber.az xəbər saytı

Azərbaycan kuboku: “Sabah” “Neftçi”ni məğlub edərək finala çıxıb


Bu gün Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, "Sabah" doğma meydanda "Neftçi"ni qəbul edib.

Tərəflər arasındakı ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 2:1.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə ilə "Sabah" adını final mərhələsinə yazdırıb.

"Neftçi" isə kubokla vidalaşıb.

“Sabah” finalda “Qarabağ”la qarşılaşacaq.

Oxşar xəbərlər

“Beşiktaş” kubokla vidalaşıb
Bu gün UEFA ÇL-da 1/8 final mərhələsinin cavab oyunlarına start verilib
“Qarabağ” Azərbaycan kubokunun finalına çıxıb
"Neftçi" öz meydanında "Sabah"a məğlub olub
Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər