"Qəbələ" çempionluğu rəsmiləşdirsə, İmişlidə mükafatlandırılacaq - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

"Qəbələ" çempionluğu rəsmiləşdirsə, İmişlidə mükafatlandırılacaq - EKSKLÜZİV


“Qəbələ” Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirsə, Peşəkar Futbol Liqası (PFL) tərəfindən bu gün İmişlidə mükafatlandırılacaq.

Bu barədə "Sizinxeber.az"a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Kaxaber Sxadadzenin baş məşqçisi olduğu kollektiv XXII turda İmişlidə şəhərin eyniadlı komandası ilə qarşılaşacaq. "Qırmızı-qaralar" qələbə qazanacağı təqdirdə, xallarının sayını 58-ə yüksəldəcək. Bu da qalan 5 turun nəticəsindən asılı olmayaraq, çempionluq üçün kifayət edəcək.

Qeyd edək ki, “Qəbələ” hazırda 55 xalla turnir cədvəlində liderdir. Komandanın ən yaxın izləyicisi “Karvan”ın 39 xalı var. Yevlax təmsilçisi bu gün Bakıda MOİK-in qonağı olacaq.

Oxşar xəbərlər

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər
"Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib
"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
"Qəbələ" tarixində 700-cü matçına çıxacaq
Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər