“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər
sizinxeber.az xəbər saytı

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər


Azərbaycan I Liqasında çıxış edən “Qəbələ” bu gün çempionluğu rəsmiləşdirə bilər.

“Report”un məlumatına görə, bölgə təmsilçisi XXII turda “İmişli” ilə üz-üzə gələcək.

İmişli şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 16:30-da səsləndiriləcək.

Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda qələbə qazanacağı təqdirdə xallarının sayını 58-ə yüksəldəcək. Bu da qalan 5 turun nəticəsindən asılı olmayaraq, çempionluq üçün kifayət edəcək.

Qeyd edək ki, “Qəbələ” hazırda 55 xalla turnir cədvəlində liderdir. Komandanın ən yaxın izləyicisi “Karvan”ın 39 xalı var. Yevlax təmsilçisi bu gün Bakıda MOİK-in qonağı olacaq.

Oxşar xəbərlər

"Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib
"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
Premyer Liqa: XXX tura iki oyunla yekun vurulacaq
"Qəbələ" tarixində 700-cü matçına çıxacaq
Premyer Liqa: XXII tura iki oyunla start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər