Almaniya klubunun yarımmüdafiəçisi "Mançester Siti"yə keçə bilər
sizinxeber.az xəbər saytı

Almaniya klubunun yarımmüdafiəçisi "Mançester Siti"yə keçə bilər


İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Ayntrakt" (Frankfurt) komandasında çıxış edən Huqo Larssonu heyətinə qatmaq niyyətindədir.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 60 milyon avrodan aşağı məbləğə satmayacaq.

İsveçli oyunçu ilə "Arsenal", "Liverpul" və "Tottenhem" də maraqlanır.

Qeyd edək ki, Huqo Larsson cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Oxşar xəbərlər

"Mançester Siti" uruqvaylı futbolçu ilə maraqlanır
"Barselona" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir
"Mançester Siti" və "Arsenal" argentinalı futbolçu ilə maraqlanır
"Mançester Siti" yayda İspaniya klubunun futbolçusunu transfer etməyi düşünür
"Mançester Yunayted"in futbolçusu "Real"a keçə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər