Luiş Nani: "Növbəti dəfə Azərbaycana gəldiyim üçün xoşbəxtəm"
Növbəti dəfə Azərbaycana gəldiyim üçün xoşbəxtəm.
"Sizinxeber.az" xəbər verir ki bunu Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Məşhur futbolçu Azərbaycan haqqında müsbət fikirdə olduğunu söyləyib:
"Azərbaycanı çox bəyəndim. Bakıda çox gəzmək imkanım olmadı. İlk dəfə buraya "Sportinq"in (Portuqaliya) heyətində "Qarabağ"la oyun üçün gəlmişdim. Növbəti dəfə bu təcrübəni yaşadığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanı bir qədər də kəşf etmək imkanım oldu. Fikirlərim çox yaxşıdır".
Qeyd edək ki, ötən il futbolçu karyerasını başa vuran 39 yaşlı sabiq yarımmüdafiəçi Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.
Oxşar xəbərlər
Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Bakıya gəlişi ilə bağlı paylaşım edib
Portuqaliya millisinin sabiq üzvü Nani futbolçu karyerasını başa vurub
"Mançester Yunayted"də çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçusu karyerasını başa vurub
Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək
Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu 31 yaşında futbolçu karyerasını sonlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













