"Qarabağ"ın müdafiəçisi: Çətin başlayıb, sonluğu yaxşı bitirdik
Mövsümə çətin başlamışdıq. Sonra toparlana bildik və yaxşı oyunlar göstərdik. Çətin başlayıb, sonluğu yaxşı bitirdik.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXVI turu bitdikdən sonra baş tutan mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə deyib.
Mövsümə çətin başladıqlarını deyən futbolçu, qarşıdan gələn Azərbaycan Kubokunun final matçında "Zirə"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini də bölüşüb: "Zirə" ilə Azərbaycan Kubokunun final oyunu çətin olacaq. Rəqibi tanıyırıq, çox yaxşı müdafiə olunmağı bacaran komandadır. Bizi nəyin gözlədiyinin fərqindəyik. Buna uyğun hazırlaşacağıq. Mövsüm ərzindəki səhvlərimizdən nəticə çıxarıb UEFA Çempionlar Liqasında daha uğurlu olmaq istəyirik".
Qeyd edək ki, hələ 8 tur əvvəldən çempionluğu təmin edən "Qarabağ" Azərbaycan Premyer Liqasının son matçında "Araz-Naxçıvan"la qarşılaşıb və görüş 2:2 hesabı ilə bitib.
Oxşar xəbərlər
Azərbaycan çempionu: Premyer Liqada qalib olmağı haqq edirdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan"ın futbolçusu: "Sumqayıt"la oyunun nəticəsi ədalətli deyildi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveç klubuna qarşı oynamış futbolçu: “Qarabağ” “Hakken”i məğlub edəcək gücdədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: “Dözümlü olmalı, bu dinamikaya öyrəşməliyik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












