Hakimlər Komitəsinin sədri "Neftçi" - "Kəpəz" matçındakı mübahisəli epizoda münasibət bildirib
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi” və “Kəpəz” komandaları arasında baş tutan cavab oyunundakı mübahisəli epizoda münasibət bildirib.
Milli assosiasiyanın mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, o, paytaxt təmsilçisinin futbolçusu Bassalu Sambunun epizodu ilə bağlı danışıb:
"Matçın 58-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı Bassalu Sambu topla irəliləyərək, rəqibin cərimə meydançasına daxil olur. Bu zaman “Kəpəz”in üzvü Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi".
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" görüşü Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
AFFA Hakimlər Komitəsinin sədri çempionatdakı mübahisəli epizodları şərh edib
AFFA Hakimlər Komitəsinin sədri "Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizodlarla bağlı danışıb
Frank De Blekere "Neftçi" - "Sumqayıt" qarşılaşmasındakı mübahisəli epizodları şərh edib
Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" matçındakı mübahisəli epizodlara münasibət bildirib
AFFA Hakimlər Komitəsinin sədri XIV turda yaşanan mübahisəli epizodları şərh edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"












