"Bavariya"nın müdafiəçisi zədəsini sağaldaraq məşqlərə qoşulub
sizinxeber.az xəbər saytı

"Bavariya"nın müdafiəçisi zədəsini sağaldaraq məşqlərə qoşulub


Almaniyanın "Bavariya" lklubunun müdafiəçisi Alfonso Devis zədəsini sağaldaraq komanda ilə məşqlərə qoşulub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kanadalı futbolçu lateral sol bud zədəsi səbəbindən bir neçə həftəni xəstəxanada keçirib. O, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Feyenoord"a (Niderland) qarşı matçda sıradan çıxmışdı.

Qeyd edək ki, bir müddət əvvəl Bundesliqa klubu 24 yaşlı müdafiəçi ilə müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb. Futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. A.Devis cari mövsüm Almaniya çempionatında meydana çıxdığı 16 oyunda, bir qola və iki məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

"Bavariya" müdafiəçisi Alfonso Devis ilə müqavilə müddətini artırıb
Neymar zədəsini sağaldaraq məşqləri bərpa edib
"Çelsi"nin futbolçusu zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayıb
Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər
"Bavariya" böyük hesabla qələbə qazandığı oyunda rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər