Azərbaycan millisinin üzvü Türkiyə klubundakı debüt oyununda komandasına qələbə qazandırıb - YENİLƏNİB-2
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
"Report" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14 və 49-cu dəqiqələrdəki dəqiq zərbələrinə sevinib - 2:0.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib. Azərbaycanlı futbolçunun komandası turnir cədvəlində 38 xalla dördüncü sırada qərarlaşıb.
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda ikinci qolunu vurub.
"Report" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14-cü dəqiqədə vurduğu qol sayəsində hesabı açıblar.
49-cu dəqiqədə yığma üzvü fərqi iki topa çatdıraraq dubl müəllifi olub. Hazırda davam edən matçda "Çorum" 2:0 hesabı ilə öndədir.
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda qol vurub.
"Report" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14-cü dəqiqədə vurduğu qol sayəsində hazırda davam edən oyunda hesabda 1:0 öndədirlər.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib.
Oxşar xəbərlər
Azərbaycan millisinin üzvü Türkiyə klubundakı debüt oyununda ikinci qolunu vurub - YENİLƏNİB
Azərbaycan millisinin üzvü Türkiyə klubundakı debüt oyununda qol vurub
Azərbaycan millisinin yarımmüdafiəçisi Türkiyədə klubunu dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
