Azərbaycan millisinin daha bir futbolçusu keryerasını "Rubin"də davam etdirəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin daha bir futbolçusu keryerasını "Rubin"də davam etdirəcək


Azərbaycanın qadınlardan ibarət millisinin daha bir üzvü, Diana Məmmədova karyerasını Rusiya Superliqası təmsilçisi "Rubin"də davam etdirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü Superliqanın digər təmsilçisi "Yenisey" klubunda keçirən 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, D.Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub. Daha əvvəl Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da "Yenisey"dən "Rubin"ə transfer olunmuşdu.

Oxşar xəbərlər

Azərbaycan millisinin futbolçusu Rusiya klubuna transfer olunub
Azərbaycan millisinin futbolçusu: "Özümü Rusiyanın başqa klubunda sınamaq istədim"
Türkiyə yığmasının üzvü karyerasını Yunanıstanda davam etdirəcək
"Marsel"in futbolçusu karyerasını İtaliya klubunda davam etdirəcək
"Çelsi"nin qapıçısı karyerasını Fransa klubunda davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər