Çempionlar Liqası: son çempion “Barselona” yarımfinalda “Çelsi”yə rəqib olub
sizinxeber.az xəbər saytı

Çempionlar Liqası: son çempion “Barselona” yarımfinalda “Çelsi”yə rəqib olub


Qadınlar arasında UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib.

“Report”un məlumatına görə, ötən gün 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib.

İspaniyanın “Barselona” klubu Norveç təmsilçisi “Brann”ı ilk matçda olduğu kimi, cavab qarşılaşmasında (2:1, 3:1) da məğlub edib. Fransa PSJ-si isə İsveç komandası “Hekken”i hər iki görüşdə (2:1, 3:0) üstələyib. Daha əvvəl isə “Çelsi” (İngiltərə) və “Lion” (Fransa) yarımfinala adlamışdı.

Final yolunda son duellərdə son çempion “Barselona” “Çelsi” ilə, “Lion” isə PSJ ilə qarşılaşacaq. İlk oyunlar aprelin 20-21-də, cavab matçları 27-28-də baş tutacaq.

Oxşar xəbərlər

"Barselona" komandası antirekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÇL: PSJ və "Porto" növbəti mərhələdə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir təqvim ilində 5 və daha çox kubok qazanan klublar - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Real Madrid” final oyununda “Barselona” ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: PSJ “Milan”ı darmadağın etdi, “Nyukasl” səfərdə məğlub oldu - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər