İtaliya çempionatı: "Yuventus" "Milan"ı məğlub edib
sizinxeber.az xəbər saytı

İtaliya çempionatı: "Yuventus" "Milan"ı məğlub edib


Futbol üzrə İtaliya çempionatının XXI turunun Turində keçirilən matçında “Yuventus” “Milan”ı məğlub edib.

"Sizinxeber.az" xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.

"Yuventus"un heyətində Samuel Mbanqula (59) və Timoti Vea (64) fərqlənib.

Komandalar tarixdə 308-ci duelinə çıxıb, "Yuventus" 115-ci qələbəsini qazanıb. "Milan" 102 dəfə güclü olub, 91 matç isə heç-heçə ilə bitib.

Qeyd edək ki, 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Yuventus" İtaliya çempionatında cari mövsümdə məğlubiyyət yaşamayan yeganə komanda olaraq qalır. Komanda növbəti turda yanvarın 25-də səfərdə çempionatın lideri "Napoli" ilə qarşılaşacaq.

"Milan"ın isə məğlubiyyətsizlik seriyasına son qoyulub. “Yuventus”la oyuna qədər milanlılar 5 dəfə qalib gəlib, üç dəfə heç-heçə edib. 20 oyundan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Milan" növbəti matçda "Parma"nı qəbul edəcək.

Oxşar xəbərlər

İtaliyanın futbol üzrə çempionatı: "Yuventus" "Milan"ı məğlub edib
“Yuventus” “Milan”ı məğlub edib
"Milan" - "Yuventus" matçında qalib müəyyənləşməyib
"Milan" "İnter"i məğlub edərək İtaliya Superkubokunun qalibi olub
İtaliya Superkuboku: "Milan"ın hücumçusu "Yuventus"la oyunu buraxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər